Yadımdadır, bir dəfə Ermənistanın əvvəlki prezidenti Serjik Sərkisyandan, məncə, onun partiyasının bəzi gənc üzvləri ilə görüşdə soruşmuşdular ki, indi “Artsax” adlanan ərazini azad etdik, bəs Qərbi Ermənistan? Onlar belə adlandırırlar və bəziləri indi də Türkiyəni belə təqdim edirlər.
Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Soruşurlar ki, bəs torpaqlarımız nə vaxt azad olunacaq? O dedi ki, “biz öz işimizi gördük, bu da sizdən asılıdır”. Bu, mənim uydurmam deyil, internetdə onun dediklərini, onun bu fikrini olduğu kimi tapa bilərsiniz. Məncə, erməni cəmiyyətinin ən böyük faciəsi budur ki, onlar həqiqətən Türkiyənin həmin hissəsini Türkiyədən ayırıb Ermənistana birləşdirə biləcəklərini düşünüblər. Beləliklə, onlar özlərini çox yüksək qiymətləndirirdilər və bu, ən böyük problemdir. İndi onlar normallaşmaq istəyirlər və biz bunu dəstəkləyirik, lakin onlar bütün bu atributlardan qurtulmalıdırlar", - dövlət başçısı söyləyib.
Telegram kanalımız