“ABŞ Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.Missiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.“Biz Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi tanıması ilə bağlı məlumatı alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülhə doğru atılmış mühüm addımdır”, - deyə siyasətçi vurğulayıb.Daşqın HəsənovMissiya.Az