ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ATACMS taktiki raketlərinin aprel ayında gizli şəkildə Ukraynaya çatdırıldığını təsdiqləyib.
Editor.az xəbər verir ki, Pentaqon rəsmisinin verdiyi açıqlamaya görə, qurum gizli şəkildə “suveren Ukrayna ərazisi”ndə istifadə üçün Kiyev rejiminə ATACMS taktiki raketlərini çatdırıb. “Mən təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar Ukraynaya uzun mənzilli ATACMS tədarük edib”, – deyə rəsmi bildirib. Sözügedən raketlərin mart ayında açıqlanan və aprel ayında Ukraynaya təhvil verilən hərbi yardım paketinə daxil olduğuna diqqət çəkən səlahiyyətli, Kiyev səlahiyyətlilərinin tələbi ilə çatdırılma ilə bağlı məlumatın açıqlanmadığını da qeyd edib.
//Gülnarə Abasova, Editor.az