EN

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Qadınlar Şurası və Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində müxtəlif tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də böyük əhəmiyyət kəsb edir.

Akademik Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və Bakıda keçiriləcək COP29 konfransının əhəmiyyətindən də danışıb.

Konfransda akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş olunub.

Chosen
101
1
azertag.az

2Sources