EN

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Bu gün cüdo üzrə Avropa çempionatına start veriləcək.

Offsideplus.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ilk günündə 5 çəkidə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin 7 cüdoçusu tatamı üzərinə çıxacaq. Medallar uğrunda 3 kişi və 4 qadın idmançımız mübarizə aparacaq.

Kişilər
60 kq

Turan Bayramov Vaçe Adamyan (Avstriya) ilə qarşılaşacaq.

Balabəy Ağayev mübarizəyə ikinci mərhələdən başlayacaq. O, Marton Andrasi (Macarıstan) - Anqelo Pantano (İtaliya) görüşünün qalibi ilə üz-üzə gələcək.

66 kq
Yaşar Nəcəfov da ikinci mərhələdən yarışa start verəcək. O, Lukas Saha (Finlandiya) - Muhammed Demirel (Türkiyə) görüşünün qalibini sınağa çəkəcək.

Qadınlar
48 kq

Leyla Əliyevanın ilk rəqibi Tuqçe Beder (Türkiyə) olacaq.

52 kq
Aydan Vəliyeva Zaqrebdəki yarışa Qefen Primo (İsrail) ilə sınaqla başlayacaq.

Gültac Məmmədəliyeva isə ilk mərhələdən azaddır. O, Sofiya Asvesta (Kipr)/Qabriela Dimitrova (Bolqarıstan) görüşünün qalibini gğzləyir.

57 kq
Açelya Toprakın ilk rəqibi Karla Tavarez Fernandez (Lüksemburq) olacaq.

Qeyd edək ki, Azərbaycan millisi çempionata 13 cüdoçu ilə yollanıb.

Chosen
40
1
offsideplus.az

3Sources