EN

Nəsib Quliyevin intiharının səbəbi qadın imiş...

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nasib Quliyevin özünün öldürməsinin səbəbləri haqda sensasion məlumat daxil olub.

Redaktor.az axar.az-a istinadla xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.

İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq – red.) göstərib. O xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.

Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.

Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Chosen
242
28
redaktor.az

10Sources