BMT rəsmisi Qəzzaya dəstəyə dair açıqlamalar verib.
NOCOMMENT.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Siqrid Kaaq bölgəyə dəniz yolu ilə edilən yardımın quru yolu əvəzləmədiyini deyib.
O bildirib ki, quru yol humanitar yardımın çatdırılması üçün daha sürətlidir və az xərc tələb edir.
BMT rəsmisinin sözlərinə görə, təşkilat Birləşmiş Ştatların inşa etdiyi körpüdən yararlanmaq üçün ilkin şərtlərini artıq irəli sürüb.