Türkiyədə səfərdə olan Almaniya prezidenti Frank-Valter Ştaynmayer müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özellə görüşüb.
Ulusal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Almaniyanın Ankaradakı səfirliyində keçirilib.
Özel X səhifəsində görüşün “məhsuldar” olduğunu yazıb: “Vətəndaşlarımızın yaşadığı viza problemi, qaçqın problemi və Türkiyənin Aİ üzvlüyü ilə bağlı hörmətli prezidentlə fikir mübadiləsi apardıq”.