EN

Hacı Əliyevin son durumu AÇIQLANDI

“Özümü yaxşı hiss edirəm”.
 
Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.
 
H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:
 
“Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir. Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacağam”.
 
Qeyd edək ki, H.Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.
 
Chosen
87
7
moderator.az

8Sources