EN

Bu il sosial müavinət və təqaüd təyin olunanların sayı

Bu ilin yanvar-mart ayları ərzində 38,9 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, onların 55,6%-ni kişilər, 44,4%-ni isə qadınlar təşkil edib.Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində 124,7 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik), təqaüd təyin olunub.

Onların 54,1%-ni kişilər, 45,9%-ni isə qadınlar təşkil edib.

Chosen
78
9
metbuat.az

10Sources