EN

Ryabkov: NATO-nun Polşadakı nüvə obyektləri Rusiyanın hərbi hədəfinə çevriləcək

NATO ölkələrinin nüvə obyektlərinin Polşa ərazisində daimi yerləşdirilməsi halında, Rusiya onları özünün hərbi hədəfinə çevirəcək.

Bu barədəRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Hazırda Polşada və xaricdə öz səbəbləri ilə belə bir sxemi həvəslə müzakirə edən bütün siyasətçilər başa düşməlidirlər: bu istiqamətdə dəyişikliklər Polşaya təhlükəsizlik əlavə etməyəcək və müvafiq obyektlər mütləq hədəfə çevriləcək. Bizim hərbi planlaşdırmamızda isə onlar ön planda olacaq”, - Ryabkov müsahibəsində bildirib .

O, NATO-nun digər ölkələrlə birgə istənilən nüvə missiyasını sabitliyi pozan amil adlandırıb. Həmçinin, agentliklə söhbətində Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, alyansın nüvə obyektlərinin Rusiya sərhədlərinə yaxınlaşması ölkə üçün təhlükədir.

Chosen
56
aznews.az

1Sources