EN

Şiddətli döyüşlərin getdiyi, Arutyunyanın “Niva”sının vurulduğu ərazi - VİDEO

Baku TV Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindən reportaj hazırlayıb.

Qeyd olunub ki, bu qəsəbə hərbi-strateji baxımdan olduqca əlverişli mövqedə və mühüm yolların kəsişməsində yerləşir.

Məhz buna görə Vətən müharibəsi zamanı ən ağır döyüşlərin getdiyi istiqamətlərdən biri də Qırmızı Bazar olub.

Hərbi ekspert Ədalət Verdiyev bu qəsəbənin İkinci Qarabağ müharibəsi dövründə strateji əhəmiyyətindən danışıb:

“Oktyabrın 26-dan başlayaraq Azərbaycan Ordusu əvvəlcə Hadrut, daha sonra isə Füzuli şəhərini düşmən işğalından azad etdikdən sonra qüvvələrin bir hissəsini Qırmızı Bazar, Xocavənd və Tağaverdin azad olunmasına yönəltdi. Üç istiqamətdə paralel olaraq davam edən döyüşlərdə düşmən böyük itkilərə məruz qalırdı. Hətta Ermənistan tərəfindən qondarma rejimə təyin edilən müdafiə naziri Cəlal Arutyunyan da idarə etdiyi “Niva”sında bu əraziyə yaxın yerdə xəsarət alıb”.

Chosen
31
6
olke.az

7Sources