EN

Litva Belarusa PUA-larla hücum etdi

"Belarus təhlükəsizlik qüvvələri Litvadan Minskdəki hədəflərə PUA-larla hücumun qarşısını alıb".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Bunu Belarus DTK rəhbəri İvan Tertel deyib.

“Dövlət Təhlükəsizlik Komitəsi digər hüquq-mühafizə orqanlarından olan həmkarlarla birlikdə bu yaxınlarda bir sıra kəskin təhlükəsizlik tədbirləri həyata keçirib. Belə ki, Litva ərazisindən Minsk və ətraf ərazilərdəki hədəflərə döyüş dronlarının hücumlarının qarşısı alınıb”,- Tertel bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri bu sahədə fəaliyyətini davam etdirir, lakin hələlik ictimaiyyətə ətraflı açıqlama vermək mümkün deyil.

Sultan AYXAN

Chosen
52
redaktor.az

1Sources