EN

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

Bakı, 25 aprel, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazir müavini proqram iştirakçılarına onlara yaradılan imkanlardan doğru faydalanmağı, hər zaman öz üzərlərində çalışaraq müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməyi tövsiyə edib.

Daha sonra Firudin Qurbanov proqram iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, 27 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi, 6 nəfər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcəklər. Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. Proqram 3 ay müddətində davam edəcək. Sonda isə iştirakçılara sertifikat təqdim olunacaq.

 

Chosen
84
azertag.az

1Sources