EN

İşğaldakı 4 kənddə neçə azərbaycanlı yaşayıb? - ARAŞDIRMA

Məlum olduğu kimi Qazaxın 4 kəndi – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Azərbaycana geri qaytarılacaq.

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə bununla bağlı qərar verilib. Sözügedən görüşdə Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması razılaşdırılıb. Lakin hələ ki, Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələ açıq qalıb. Buna baxmayaraq, Ermənistanın işğalı altında olan həmin kəndlərin də yaxın zamanda Azərbaycana geri qaytarılması gözlənilir.


Maraqlıdır, Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndində işğaldan əvvəl nə qədər əhali yaşayırdı? 

News24.az bildirir ki, Cebhe.info bununla bağlı araşdırma aparıb:

• Sofulu

Qazaxın Sofulu kəndi 27 aprel 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2009-cu ilin siyahıyaalınmasına əsasən işğaldan öncə kənddə 182 nəfər yaşayırdı. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarət idi.

• Barxudarlı


Barxudarlı kənd tam 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə işğaldan öncə 421 nəfər yaşayırdı. Onlardan 203 nəfəri kişilər, 218 nəfəri qadınlar idi.

• Yuxarı Əskipara


Yuxarı Əskipara kəndi isə 8 iyun 1992-cı ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2009-cu ilin siyahıyaalınmasına əsasən həmin kənddə işğaldan öncə 637 nəfər əhali yaşayırdı. Əhalinin 321 nəfəri kişilər, 316 nəfəri qadınlardan ibarət idi.

• Kərki kəndi

Naxçıvanın Kərki kəndi 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı altındadır. Dövlət Statistika Komitəsinin 2019-cu ildəki siyahıyaalınmasına əsasən işğaldan öncə kənddə 986 nəfər azərbaycanlı yaşayırdı.


Chosen
100
news24.az

1Sources