EN

Bu ölkədə 200 min insan daşqınlardan zərər çəkdi

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

Axar.az xəbər verir ki, bunu ölkənin baş naziri Kasim Macaliva deyib.

"51 mindən çox ev təsərrüfatı və 200 min insan zərər çəkib. 155 nəfər həlak olub, 236 nəfər yaralanıb", - deyə o bildirib.

Macalivanın sözlərinə görə, əkin sahələri, eləcə də infrastruktur - körpülər, avtomobil yolları və dəmir yolları məhv olub.

Chosen
192
6
axar.az

8Sources