EN

Avropada nadir kitabları oğurlayan 9 gürcü həbs edildi

Avropa kitabxanalarından nadir kitabların oğurlanması ilə bağlı 9 Gürcüstan vətəndaşı həbs edilib.

Teleqraf.com xəbər verir ki,Avropa Polis Agentliyinin (Avropol) məlumatına görə, onların fəaliyyəti nəticəsində dəyən ümumi zərər 2,5 milyon avro təşkil edir.

Gürcüstanda 27 obyektdə axtarışlar aparılıb və 150-dən çox kitab götürülüb.
Cinayətkarların Fransa kitabxanalarından kitablardan birini oğurladığı artıq məlum olub. Bundan əvvəl Estoniya, Fransa və Litvada eyni dəstədən daha 5 nəfər həbs edilib.

Həbs edilənlər orijinal nadir kitabları, əsasən rus müəlliflərinin, xüsusən də Aleksandr Puşkinin və Nikolay Qoqolun ilk nəşrlərini yüksək keyfiyyətli saxta nəşrlərlə əvəz ediblər.

Ümumilikdə, azı 170 kitab oğurlanıb.

Oğurlanmış tarixi əsərlərdən bəziləri Moskva və Sankt-Peterburqda hərrac evləri vasitəsilə satılıb.

Ekspertlərin fikrincə, onların geri qaytarılması faktiki olaraq qeyri-mümkün olub.

İstintaqda Gürcüstan, Litva, Polşa, Fransa və İsveçrənin hüquq-mühafizə orqanları, Almaniya, Latviya, Finlandiya, Çexiya və Estoniya da əməliyyata qoşulub.


Müəllif: Teleqraf.com
Chosen
108
teleqraf.com

1Sources