EN

Yevlaxda ağır qəza: ölən var

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Axar.az-ın Report-a istinadən məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
97
23
axar.az

10Sources