Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Publika.az xəbər verir ki, ATƏT-in Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən işğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.
Qeyd edək ki, həmin həssas anları Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlət başçılarına nümayiş etdirib.
Həmin anın videogörüntülərini təqdim edirik: