EN

"Sevinmək nə deməkdir, necə olur, onu elə həmin gün yaşamışam"

"Rəşad mənim ilk övladımdır. Çox çətin zamanda, 1992-ci ildə dünyaya gəlib. "Fəryad" filmində bir yer vardı, xəstəxananı göstərirlər. Rəşad məhz həmin xəstəxanada dünyaya gəlib. O kinoya baxanda çox pis təsirlənirəm".

"Ölkə.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "7 Tamam" verilişində deyib. O, xəstəxanaya qədər yolun yarısını piyada getdiyini bildirib:

"Xəstəxananın içinə heç kimi buraxmırdılar. Bizim oraya çatmağımız isə çox çətin oldu. Yolun yarısına qədər bizi taksi apardı. Anam yanımda idi. Yolun yarısını ayaqla getməli olduq.  O çətinliklərə baxmayaraq, oğlum Rəşad dünyaya gələn gün sevinmək nə deməkdir, necə olur, onu elə həmin gün yaşamışam. Allah bütün xanımlara analıq duyğusunu nəsib eləsin.

Sənətçi həmin zaman dünyaya gələcək övladının cinsiyyətini bilmədiyini qeyd edib:

"Bilmirdim ki, oğlum olacaq. Yanvarın 26-sı 1992-ci ildə Rəşad dünyaya gəlib. O zaman çətin vəziyyət yaranmışdı, həkim heç kimin yadına düşmürdü".

Chosen
110
olke.az

1Sources