Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı – COP29-a dəvət edilib.
Bu barədə Azərbaycanın Belçikadakı səfiri və Aİ yanındakı missiyasının rəhbəri Vaqif Sadıqov “X” hesabında paylaşım edib.
“Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərin bugünkü hərtərəfli müzakirəsinə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri xanım Maqdalena Qronoya minnətdaram. Mən noyabrda Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişelə dəvət məktubunu təqdim etmək şərəfinə də nail oldum”, – deyə paylaşımda qeyd olunub./APA