EN

"Super ana" 38 ildə 74 yeniyetməni övladlığa götürdü - FOTOlar

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb. 

Milli.Az sfera.az-a istinadən bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey görüb. Gecələri həbsxana kameralarında və polis bölmələrində keçirsə də, çətin şəraitdə olan uşaqlara qayğı göstərməyə davam edib.

"Super ana" ləqəbli qadın bildirib ki, yeniyetmələrin tərbiyəsi zamanı yumor hissi vacibdir. Psixiatriya xəstəxanasında idarəçi işləyən (İngiltərə) təqaüdçü uşaqlıqda onurğa vərəmindən əziyyət çəkdiyi üçün övlad sahibi ola bilməyib. O, uşaqlığının 7 ilini xəstəxanada keçirib.

42 yaşında həyat yoldaşı İanla evlənəndə onlar himayədar valideyn olmaq qərarına gəliblər. Evli olduqları illər ərzində onlar 74 yeniyetməyə ev veriblər.

"Mən çox istərdim ki, övlad sahibi olum. Amma məndə belə dəhşətli bir xəstəlik var idi. Həyat yoldaşım dedi ki, valideyn olmaq çətin bir iş adlandırıla bilər, amma heç vaxt həyatımızda darıxdırıcı anlar yox idi. Hər kəs fərqlidir, çünki uşaqlarımızdan biri daim problemlər yaradırdı. İkimiz də himayədar valideyn olmaqdan həzz aldıq, biz normal ailə olmağa çalışırdıq və bunu bacardıq da"-deyə britaniyalı qadın bildirib.

Qeyd edək ki, İan 2021-ci ildə vəfat edib. 

Norma qeyd edib ki, yeniyetmələrin çoxu ilk vaxtlar inamsız olub. Həmişə onlara qayğı göstərməyə çalışıb. Norma və İan ilk dəfə 1986-cı ildə narkotik və alkoqoldan istifadə edən yeniyetmələrlə necə davranmağın öyrədildiyi kursu bitirdikdən sonra uşaq övladlığa götürüblər. Onların evinə gələndə 15 yaşı olan birinci övladları Norma ilə hələ də əlaqə saxlayır və özü də nənə olub.

Uşaqların evlərində qaldıqları ən uzun müddət dörd il yarım olub. Bəzən gecələri polis bölməsində, bəzən isə təcili yardımda keçiriblər. Norma bildirir ki, ailəsi onun üçün həmişə önəmli olub, çünki uşaqlıqda daim xəstəxanada qaldığından valideynlərini nadir hallarda görüb.

"Həyatlarının necə dəyişdiyini görmək mənim üçün sevindirici idi. Bu uşaqların çoxu hara gedəcəklərini bilməyəndə onlara qalmağa ev verdik. Dağılmış ailələri, alkoqolizmi, narkotik qəbul edən valideynləri var idi. Mən həmişə düşünmüşəm ki, başqalarına kömək edə bilirsənsə, bioloji övladın olmasının nə mənası var"- deyə Norma əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
50
36
milli.az

10Sources