EN

Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır

Ruslar

Rusiyanın yeni istehsalı olan "S-500" hava hücumundan müdafiə sistemlərinin ABŞ-nin 40 il əvvəl istehsal etdiyi "Patriot" sistemlərinə çox bənzəyir.

Reyting.az
xəbər verir ki, bunu "Kanal 24"-ə açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin təlimatçı pilotu, ehtiyatda olan polkovnik və hərbi ekspert Roman Svitan deyib.

Ekspertin sözlərinə görə, ruslar həmin hava hücumundan müdafiə sisteminin funksiyalarını - hava hədəflərinə və ballistikaya qarşı ayırmaq qərarına gəliblər.

R. Svitan bildirib ki, Rusiya "S-500" HHMS-i açıq-aşkar "Patriot" hədəflərinin məhv edilməsi mexanizminin tam surətini çıxartmağa çalışır. Onun sözlərinə görə, bu, böyük sual taktiki və texniki məlumatlarla bağlıdır. Məsələn, Rusiyanın "S-400 Triumf" hava hücumundan müdafiə sisteminin mövcud mexanizmlərinin yarısının köhnə "S-300" mexanizmləri olduğu ortaya çıxıb, bunun nəticəsində elan edilmiş xüsusiyyətlərin faktiki olaraq texniki məlumatlara uyğun gəlməməsi səbəbindən bir sıra ölkələr də Rusiyanın bu hava hücumundan müdafiə sistemlərindən imtina ediblər.



R. Svitan eyni zamanda, "UNİAN"-a deyib ki, oxşar vəziyyət Rusiya istehsalı olan və yeni hərbi model sayılan "S-500" HHM sistemləri ilə bağlı da ola bilər: "Əlbəttə, ruslar da çox düşünüb ciddi məsafələr elan etdilər. Heç bu da hələ tam uğur deyil. Lakin bir şeyi də unutmaq olmaz, bəzən mümkün olan hədləri aşanların real döyüş meydanında özlərini necə göstərəcəkləri hələ məlum deyil. Hər şey çox yaxın gələcəkdə aydın olacaq".

Xatırladaq ki, Rusiya istehsalı olan bu komplekslərin unikal imkanları, eləcə də müasir funksiyaları var. Rusiyada yenilik kimi qiymətləndirilən "S-500" HHMS-i 500 kilometr uzaqdan hədəfləri vurur və hətta bu məsafənin 600 kilometrə qədər çatdığı da deyilir.

Qeyd edək ki, Rusiya Federasiyası "S-500" yeni müasir modelinin istehsalına, yəni raketdən müdafiə imkanlarına malik olan bu kompleksin hazırlanmasına 2002-ci ildən başlandığı bildirib.

Oqtay QORÇU
Chosen
58
reyting.az

1Sources