EN

Parlamentin sədri Monteneqroda

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfərə gedib.
Nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parla­mentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məm­mədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvan­lı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Apara­tının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub. 
XQ

Chosen
132
32
xalqqazeti.az

10Sources