Əməkdar artist Yusif Mustafayev dostunun ondan 104 min manat borc aldığını və qaytarmadığını deyib.
Sənətçi bu haqda "Xəzər axşamı" proqramında danışıb.
O bildirib ki, iki dostu ondan yüksək məbləğdə pul borc alıb və qaytarmır:
"Dost kimi əl tutmuşam. 60 min manat birindədir. 3 minini almışam, 57 min qalıb. Digərində 51 min manatdır, 3100 manat almışam, qalanı qalıb. Gedib polisə şikayət etmirəm. Etsəm, sübut da varımdır. Dostum, dedi ki, 3 min borcum var. Verdim, sonra yenə istədi, dəfələrlə vermişəm. Gəlib çıxıb bu qədərə. Oğluma 2008-ci ildə 150 minə ev tikdirdim. Sonra bir dostum məndən pul istədi, 60 min verdim. O vaxtdan qaytarmır. İmkanlı adamlardır. Sadəcə, mənim sadəliyimdən istifadə edirlər. Əgər gətirib pulumu qaytarmasalar adlarını çəkəcəyəm və polisə şikayət edəcəyəm". (Axşam.az)