EN

"Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi

Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.   Manset.az  xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər. Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb. Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, hazırda "Qalatasaray" 93 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 89 xalla ikinci pillədə qərarlaşıb.

Chosen
307
11
manset.az

10Sources