Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
KONKRET.az xəbər verir ki, 34-cü turda “Fənərbaxça” evdə “Beşiktaş”ı qəbul edib. Şükrü Saracoğlu adına stadionda keçirilən oyunda “Fənərbaxça” qalib gəlib – 2:1.
Qeyd edək ki, “Beşiktaş” oyunu 1 nəfər azlıqda başa vurub. Al-Mursati 25-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.
Bu komandalar arasında keçirilən son matçda “Fənərbaxça” 3:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Fənərbaxça” 89 xalla 2-ci, “Beşiktaş” isə 51 xalla 5-cidir. Turnir cədvəlinə 93 xalla “Qalatasaray” başçılıq edir.
Türkiyə Superliqası, 34-cü tur
“Fənərbaxça” – “Beşiktaş” – 2:1
Qollar: Batşuayi, 30, Kahveci, 69, – Tosun, 82
Qırmızı vərəqə: Al-Mursati, 25 (“Beşiktaş”)
Baş hakim: Volkan Bayarslan
Şükrü Saracoğlu adına İdman Kompleksi