EN

Səhvən başqasının kartına göndərilən pulu qaytarmaq olur? - VİDEO

Bankların mobil tətbiqi işimiz xeyli asanlaşdırıb. İstənilən şəxsin kartına qısa müddət ərzində əziyyət çəkmədən pul göndərə bilirik. Lakin kiçik diqqətsizlik bəzən kartın rəqəminin səhv yazılmasına və nəticədə pulun başqa karta köçürülməsinə səbəb olur. Bəs bu zaman nə etməliyik? Bank həmin pulu geri qaytarırmı?Olaylar.az bildirir ki, Azərbaycan Banlar Asossiyasiyasının ekspreti Emil Rüstəmov bu halıın adətən kartın 16 nömrəli şifrəsini səhv yazanda olduğunu bildirib. Həmçinin qeyd edib ki, bəzən telefonun kart skayner funksiyası məlumatı düzgün oxumayanda da bu baş verir. Emil Rüstəmov bu barədə "İqtiasdi Zona" verilişinə danışıb:"Adətən mobil tətbiqlərdə xüsusi "LUM" alqoritmi ilə o həmin kart məlumatlarının düzgünlüyü yoxlanılır. Yəni bu alqoritim 16 rəqəmin beynəlxalq ödəniş sistemləri tərəfindən verilən düzgün qaydalar çərçivəsində tərtib olunub-olunmadığın bildirir".Ekspert onu da qeyd edib ki, səhvən başqasının kartına pul göndərən şəxs ilk növbədə öz bankına müraciət etməlidir. Bank da səhvən göndərilən kartın hansı banka aid olduğunu müəyyənləşdirir və müştəriyə problemi həll etməkdə dəstək olur. Lakin bank bu dəstəyi göstərməyə də bilər. Çünki qanunvericilikdə belə bir şey yoxdur.

Chosen
270
50
olaylar.az

10Sources