EN

İsraildən qaçan Alla Puqaçova yayılan yeni FOTOSU ilə TƏƏCCÜBLƏNDİRDİ

Rusiyanın Xalq artisti Alla Puqaçova İsraili tərk edib. 

Bizim.Media xəbər verir ki, Alla Kiprin cənubunda yerləşən Limassol şəhərinə köçüb. 

İpək pijamada şəhərdə dolaşan Puqaçovanı görənlər təəccüb keçiriblər. Onlar bildiriblər ki, arıq primadonna küçədə güclə hərəkət edib. Puqaçova ilə küçədə rastlaşan şəxslər bildiriblər ki, müğənni ərinə söykənərək güclə yeriyib. Bir neçə gün əvvəl isə yumorist həyat yoldaşı Maksim Qalkin Allanın hamamdan çıxmış halda çəkdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Maksim sözügedən şəklə “Sabahınız xeyir!” qısa şərhini yazıb. 

Sosial şəbəkə əhli Allanın bu görünüşünə“Belə bir cansız görünüş, heyif”, “Bu, artıq Alla deyil, üzünü dəyişərək, açıq-aydın hər şeyi dəyişdi”, “Ümid edirəm ki, hamı bunun fotoşop olduğunu başa düşəcək” kimi müxtəlif şərhlər və fikirlər yazıblar. 

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ilin fevralında ailəsi (əri Maksim Qalkin və uşaqları - əkiz Liza və Harri ilə birlikdə) Rusiyanı tərk edib. Hazırda məşhur ailə İsraildə yaşayır. Qalkin ölkəsinin xüsusi hərbi əməliyyatına qarşı çıxır və Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir. Ölkəsində Maksim “xarici agent” statusu qazanıb. Bir müddət əvvəl Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib ki, Baş Prokurorluq onun tələbi ilə Alla Puqaçovanın “xarici agent “kimi tanınması proseduruna başlayıb. Lakin Puqaçova hələ bu siyahıya düşməyib. 


Rəşad Əliyev, Bizim.Media

Chosen
176
50
bizim.media

10Sources