“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandada qalmaq qərarı verməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bir müddət əvvəl verdiyi açıqlamada yayda Kataloniya klubunu tərk edəcəyini bildirmişdi.
44 yaşlı mütəxəssis “Mundo Deportivo”ya müsahibəsində bir neçə gün əvvəl fikrini dəyişməsini belə izah edib:
“Burda qalmaq qərarımın səbəbi sadədir. Əvvəlcə məsuliyyət hiss etdim və qırağa çəkilməyimin daha yaxşı qərar olduğunu hesab etdim. Amma aylar keçdi və indi hər şeydə güvən görürəm. Klub, prezident, idman direktoru, oyunçular tərəfindən dəstəyi hiss edirəm. Bu əsas məqam idi” – deyə Xavi bildirib.
Qeyd edək ki, bu ilin yanvar ayında Xavi “Barselona”dan ayrılacağını açıqlamışdı. Onun klubla hazırki müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
Bizim.Media