EN

Hüquqşünas bunu qorxaqlığın əlaməti hesab edir...

...Hərbi yaşda olan belaruslara Belarusu tərk etmək qadağan edilə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumatı bir-biri ilə əlaqəsi olmayan iki mənbə verib.

Belə görünür ki, Belarus hakimiyyəti icbari hərbi xidmətə çağırılacaq bütün vətəndaşların Belarusu tərk etməsinə qadağa qoymağa hazırlaşır.

Bu arada adının çəkilməsini istəməyən belarusiyalı hüquqşünas hakimiyyətin mümkün təşəbbüsünü şərh edib.

Onun dediyinə görə, hərbi xidmətə cəlb olunanların ölkəni tərk etməsi ilə bağlı məhdudiyyətlər əvvəllər də mövcud olub. Lakin hərbi komissar tərəfindən fərdi qaydada qabaqlayıcı tədbir kimi “qaçan” axtarışa, yəni cinayət təqibinə başlamazdan əvvəl tətbiq edilə bilərdi.

Hüquqşünasın fikrincə, hərəkət azadlığının məhdudlaşdırılmasının kütləvi xarakter daşıması fərdi hüquq və azadlıqların kobud şəkildə pozulmasıdır ki, bu da ədalətsiz və qanunsuz fəaliyyət göstərən istənilən idarəetmə forması şəraitində mövcud olan hüquq sistemini – tiranlığı xatırladır.

Hüquqşünas hesab edir ki, belə bir yenilik tətbiq olunarsa, bu, Konstitusiyanın pozulması deməkdir.

...Bu cür məhdudiyyətlər fövqəladə və ya hərbi vəziyyət tətbiq etmədən ölkənin əsas qanununun pozulması deməkdir, çünki Belarus Respublikası Konstitusiyasının 30-cu maddəsi Belarus Respublikası vətəndaşlarına “ölkəni tərk etmək və sərbəst qayıtmaq” hüququ verir.

...Amma Belarus hakimiyyətibeynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmamaq və eyni zamanda ictimai narazılıq dalğasından qaçmaq üçün öz xalqını öz hüquqlarından - metodik və qorxaqcasına məhrum edir.

...Əgər Belarus hökuməti hərəkət azadlığına bu cür məhdudiyyətlər tətbiq edərsə, bu, ölkədə hərbi vəziyyətin tətbiqi demək olacaq.

Bunu da Belarusiyalı hüquqşünas deyir.

Ağasəf Babayev

Chosen
295
50
sia.az

10Sources