EN

ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...

Ukraynada Rusiya ilə dolayı müharibə uğursuz oldu, lakin ABŞ hakimiyyəti bunu gizlətməyə çalışır.

Publika.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “X” sosial media hesabında yazıb.

“Mövcud administrasiya Ukraynada Rusiya ilə proksi müharibəsinin böyük uğursuzluğunu gizlədir”, - o, qeyd edib.

Kreml bəyan edib ki, Kiyevə silah və vəsait göndərilməsi Qərb ölkələrini Ukrayna münaqişəsinin birbaşa iştirakçılarına çevirir. Bununla belə, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskvanın NATO ilə hərbi qarşıdurmaya girmək niyyəti yoxdur, nəinki NATO üzvü olan ölkələrə hücum etmək.

Chosen
263
37
publika.az

10Sources