Şahzadə Uilyam xərçəng diaqnozu qoyulan həyat yoldaşı Keyt Middltonun vəziyyəti ilə bağlı açıqlama verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Low Carbon Materials" şirkətinin ofisini ziyarət edən Şahzadə Uilyam əməkdaşların müvafiq sualını cavablandırıb.
Uilyam Keyt Middltonun vəziyyətinin yaxşı olduğunu və ailənin bu xəstəliklə mübarizə apara bildiyini deyib.
"Hər şey yaxşıdır, çox sağ olun. Biz bunun öhdəsindən gəlirik", - deyə o bildirib.
Qeyd edək ki, Keyt Middltonda qarın boşluğu əməliyyatı zamanı yoğun bağırsaq xərçəngi aşkarlanıb və hazırda kimyaterapiya alır. Müalicəsi zamanı Keyt Norfolk qraflığındakı bağ malikanəsinə köçüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun