EN

Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir

Donetsk vilayətinin şərqində düşmənə zərbələr endirən ukraynalı artilleriyaçılar son həftələrdə rus ordusunun yavaş, lakin əminliklə irəlilədiyini müşahidə edirlər. Ukrayna Silahlı Qüvvələri işğalçıları dayandırmaq üçün daha çox iş görmək istərdi, lakin onların Rusiyanın hücumlarını dəf etmək üçün lazım olan mərmiləri yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna ordusunun 148-ci əlahiddə artilleriya briqadasının komandiri Aleksander Kozaçenko "Röyters"ə müsahibəsində deyib. “Əgər müharibənin başlanğıcı müqayisə etsək, o zaman biz günə 100-ə qədər mərmi atırdıqsa, indi 30 mərmi buraxırıq və bu, “lüks” hesab edilir”, - deyə o bildirib.
Chosen
336
5
buta.tv

10Sources