EN

Ceyhun Bayramov Qambiyaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb.

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində C.Bayramovun mayın 4-5-də Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Chosen
190
48
publika.az

10Sources