Erməni mediası ABŞ- Ermənistan dostluğundan qardaşlığından ağız dolusu yazır.Hətta Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-nin ölkəsindəki səfiri Kristina Kuinlə görüşünü bütün media resurslarında geniş işıqlandırıblar. Görüşdə Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və inkişaf perspektivləri müzakirə edildiyini xüsusi vurğulayıblar:”Hər İki tərəf arasında əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirlib. Amerika tərəfi Ermənistanda həyata keçirilən müdafiə islahatlarını bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib”.Mediya onu da qeyd edib ki, müdafiə naziri və səfir regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə edib.P.S. Bəzən ermənilərə həsəd aparmaya bilmirəm . Bunların nə qədər “nəfəsi isti” , canları matah olduğuna qibtə də edirəm. Bizim qismətimizə düşən ABŞ səfirləri: Li Litzenberger, ondan sonra gələn Mark Libbi 4 ildə dəfələrlə dəvət olunmaqlarına baxmayaraq 1 dəfə nə Şuşaya nə də digər ərazilərə səfər etmədilər.Əntiqə Rəşid