EN

Ölən şəxsin kredit borcu necə ödənilir? - Hüquqşünas cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Vəfat etmiş şəxsin əmlakı varsa, həmin əmlakı da vərəsələrinə keçərsə, onlar keçən mirasın əmlak həddində onun borclarını ödəməlidirlər”. 

Bunu  Banco.az-a  bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki,  əgər miras, əmlak yoxdursa, ya da miras əmlak borcdan azdırsa, bu zaman borc tam ödənmir:

“Misal üçün,  vətəndaşın 5000 borcu varsa, o öldüyü təqdirdə vərəsələrinə heç nə keçmirsə, bu zaman həmin borc ödənmir. Şəxsin övladları ola bilər, amma onlara keçən mirası yoxdursa, həmin şəxslər borcu ödəməli deyil.
Amma ölən şəxsin 2 min manat bank hesabında əmlakı, pensiyası və s qalıbsa bu vərəsələrə keçdiyi halda, həmin şəxslər o vəsaitlə bankın borcunu ödəməlidirlər”.

Əkrəm Həsənov qeyd edib ki, ölən şəxsin heç bir vərəsəsi yoxdursa, bu halda onun əmlakı dövlətə keçir, və bu zaman həmin borc dövlət tərəfindən qaytarılır:

Ən sərfəli kredit üçün müraciət et

Chosen
316
50
banco.az

10Sources