“Qlobal satanistlər dünyada insan sayının azaldılması üçün müxtəlif tədbirlər hazırlayırlar. Görünür yer kürəsini gözləyən böyük fəlakətdən xəbərdardırlar. Yoxsa başqa dünyaların axtarışına bu qədər milyonlar yatırılmaz.”
Bu fikirləri Hit.az-a ekoloq Aydın Qədimov səsləndirib:
“Hesablamalara görə, hazırda dünyada istehsal olunan ərzaqla ən azı 15 milyard adamı qida ilə təmin etmək olar. Lakin dünyada 8 milyard adam var, onun 1 milyardı ac, 2 milyardı yarıacdır. Hər il insanlar zibilliyə 1.5 milyard ton ərzaq atırlar.
BMT-nin təqdiqatlarına görə planetimizin potensialı 60-70 milyard adamı təmin edəcək gücdədir. Bəzi müstəqil ekspertlər isə bu rəqəmin 80-100 milyard arasında olduğunu deyirlər. Planetin 90 faizi boşdur. Təbiət və Yaradan özü lazımi formada tənzimləyir. Yəni məsələ heç də ərzaq qıtlığında, potensial resurs tükənməsində deyil. Qlobalistlərin sərmayə acgözlükləri və hədsiz israfçılıq dünyada böyük bir hissənin ac qalmasına səbəb olub. İndi yer üzərindəki mikrobları- yəni ona ən çox ziyan vuran canlını, insanı məhv etmək planı güdür desəm, ağ eləmiş olmaram. İnsan qədər yer kürəsinin ekosisteminə ziyan vuran ikinci canlı varlıq yoxdur. Üstəlik Yer kürəsi özünün 12 min ildən bir təkrarlanan fəsil dəyişməsi dönəminə qədəm qoyur. 2026-cı ildə bu period tamamlanacaq. Həmin ərəfədə yer kürəsi daha böyük təbii fəlakətlərlə, insan şüuru isə dəyişmə ilə qarşılaşacaq”- deyə o bildirib.
Murad