EN

Türkiyə daha bir şəhid verdi


İraqın şimalında, “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gün “'Pəncə-Kilid” əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbçisi baş çavuş Ata Göçmen yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bütün müdaxilələrə baxmayaraq, onu müalicə olunduğu xəstəxanada xilas etmək mümkün olmayıb.
Chosen
314
1
yeniavaz.com

10Sources