EN

Təranə Qumralın qızı ərini kimlərə qısqanır? - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib.

Day.Az Yenisabah.az-ə istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb.

İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:

"Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə. Bəzən insanlar məni tənqid edir ki, rəqs edir, əri də əl çalır, oynayana əl çalarlar da. Mən həmişə gözəl görünməyi sevmişəm, ürəyim istəsə, çox qapalı, ürəyim istəsə, açıq-saçıq geyinirəm. Bədən ölçülərim də buna imkan verir və bu, mənə yaraşır. Bəziləri kimi kilolu bədənimə dar paltarları dürtüşdürməmişəm ki.

Bəzən biz elə məkanlara gedirik ki, orada sıravi insanlar da elə geyinir ki, heç əynində paltar yoxdur. Mən artıq ərimlə belə yerlərə getmirəm, çünki kişidir, istər-istəməz gözü qaça bilər. Qlsqancam, qısqanıram! Əlbəttə, sevən adam qısqanar".

Chosen
98
3
day.az

6Sources