EN

Zurabişvili İvanişvilini təxribatçı adlandırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə "Xarici agentlər" haqqında qanunun qəbuluna cəhdlə bağlı yaranmış vəziyyət fonunda AB ölkələrinin liderlərindən Tiflisə səfər etməyi xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə "NyusGeorgia" məlumat yayıb.

"Gərgin vəziyyətdəyik və gürcü xalqı üçün sabitliyin təmin edilməsində tərəfdaşlarımız kimi sizin çox mühüm rolunuz var. Xahiş edirəm, bu müddət ərzində, mayın sonuna qədər yüksək səviyyəli səfərlər həyata keçirilsin.

Onu da bilirəm ki, avropalıların özləri üçün qarşıdan seçki dövrü gəlir, Avropa Parlamentinin seçkisi olacaq və amerikalı dostlarımız da aktiv seçki dövrünə başlayacaqlar",- o bildirib.

Zurabişvili Bidzina İvanişvilinin son çıxışını çox təxribatçı və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib. Prezident "Xarici agentlər" haqqında qanunun yenidən işə salınmasını zorakılıq və AB-nin qapılarını açıq görməyə şad olan insanlara qarşı təxribat adlandırıb.

Chosen
105
4
axar.az

5Sources