EN

Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə Day.Az-а Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
25
44
day.az

10Sources