ABŞ-da yeni uzaqmənzilli raketin - Uzun Menzilli Hücum Raketinin (LRAM) uçuş sınaqlarına başlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə The War Zone (TWZ) jurnalı yazır.
Nəşrin məlumatına görə, yeni raket ABŞ Hərbi Hava Qüvvələrinin arsenalından olan naməlum model əsasında hazırlanıb.
O, demək olar ki, 280 km məsafədə quruda və suda hərəkət edən hədəfləri vurmağa imkan verəcək.
Bu, Viperlərin mövcud havadan yerə döyüş sursatları ilə əldə edə biləcəyindən daha çoxdur.
Hazırda AH-1Z Viper helikopterləri təqribən 11 km mənzilli AGM-114 Hellfire hava-yer raketləri və 8 km-ə qədər mənzilli AGM-179 Birgə Hava-Yer raketləri ilə təchiz edilib.
Qeyd olunur ki, raketin ilk döyüş buraxılışı 2025-ci ilə planlaşdırılır.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall ABŞ ordusunun qərargahının hipersəs silahlarının sınaqları ilə bağlı problemlərin olduğunu etiraf etdiyini bildirib.
Bundan əvvəl Rusiya desantlarına və xüsusi təyinatlılarına NATO silahlarından istifadə öyrədilməyə başladığı bildirilirdi.
Nigar