“Qarabağ” iki futbolçusunun müqaviləsinin müddətini uzadıb.
xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Nəriman Axundzadə ilə yeni müqavilə imzalayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.
“Qarabağ” Bəhlul Mustafazadə ilə də yeni müqavilə imzalayıb. 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb.
Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.