EN

ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...

Co Bayden namizədliyini geri götürərsə, Mişel Obamanın ABŞ prezident seçkilərində qalib gəlmə şansı var.

Publika.az xəbər verir ki, bunu amerikalı politoloq Con Varoli deyib.

O, Obamanın Demokratlar Partiyasının bütün seçiciləri tərəfindən dəstəklənəcəyini vurğulayıb. Bundan əlavə, politoloq qeyd edib ki, qadınlar da siyasətçinin tərəfində ola bilərlər.

“O, Trampa qalib gələcək, çünki bütün demokrat seçicilər onun arxasında dayanacaqlar. Bundan əlavə, bütün qadınlar onu bəyənər. Afro-amerikalılar və latın amerikalılar da Obamaya səs verə bilər. Üstəlik, o, qalib gəlsə, ciddi təsiri olmayacaq”, - Varoli izah edib.

Demokratlar Partiyasına Barak Obama, Nensi Pelosi, Co Bayden və Çak Şumer rəhbərlik edir. Ekspert əlavə edib ki, son nəticədə ABŞ prezidenti çoxluq tərəfindən deyil, “partiya maşınları” tərəfindən seçilir. Varoli qeyd edib ki, Mişel Obama prezident olsa, ona deyilənləri edəcək.

Chosen
257
30
publika.az

10Sources