Son günlər sosial şəbəkələrdə bir elan diqqət çəkməkdədir.
Əgər kimisə izlətmək istəyirsinizsə, bizə 50 manat ödəniş edin, maraqlandığınız şəxsin yerini, ona gələn zəngləri, mesajları görməyə sizə kömək edək.
Hit.az-ın məlumatına görə bu elanı hakerlər veriblər və çoxlu sayda insan da bu elana maraq göstərib.
Öncə onu deyək ki, başqasının şəxsi həyatına bu qədər dərin maraq ən azından tərbiyəsizlikdir.
İkincisi, kiminsə xəbəri olmadan onun haqqında şəxsi məlumatların bir başqasına ötürülməsi cinayətdir.
Bəs bu elan nə dərəcədə realdır, bunu həyat keçirmək olarmı?
Hit.az-a məlumat verən hüquqşünas Elvin Babayev bildirib ki, ölkədə fəaliyyət göstərən heç bir mobil operator şəxslərin fərdi məlumatlarının başqalarına ötürülməsinə razılıq verə bilməz:
“Bu nəinki ölkəmizdə, hətta beynəlxalq səviyyədə qalmaqallara səbəb ola bilər. Bu hal bir başa cinayətdir. Bunu üzərinə götürən haker qədər sifarişçi də cinayət əməli daşıyır. Əgər kiminsə telefon danışıqlarını izləmək üçün xüsusi məhkəmə orderi varsa , bunu yalnız xüsusi xidmət orqanlarının nümayəndələri edə bilərlər. O da ortada hansısa bir cinayət əməlindən söhbət gedirsə. Əks halda bu şəkildə addımlar dövlətin qanunlarına və insan haqlarına ziddir”,- deyə o bildirib.
Murad