EN

Orxan Lökbatanlı: “Əvvəllər elçi gedəndə nəsli, indi isə imkanı ilə maraqlanırlar”

"Bizi məhv edən və bədbəxtçiliklərə vadar edən çərçivələrdir. Əgər söhbət ailə qurmaqdan gedirsə... Əvvəllər toy kasetlərinə baxardılar, filankəsin qızını bəyənərdilər və oğlanı dirəyib deyirdilər ki, onu almalısan. Bəlkə onların heç xasiyyəti düz gəlmir". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri meyxançı Orxan Lökbətanlı qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Sənətçi bildirib ki, əvvəllər elçi gedəndə nəsli, indi isə var-dövləti ilə maraqlanırlar: 

"Qeyrətli, mərifətli, mərd və həqiqətən də ailə qurmaq istəyən oğlan gedib həmin qızla görüşər və bir stəkan çay içər. Əgər oğlan da, qız da həqiqətən yaxşı və xasiyyətini qoruyan insanlardılarsa, rusun bir sözü var "lişni" (artıq) bir şey ola bilməz. İnsan insanla danışmalıdır, ünsiyyət qurmalıdır. Bu gün gənclərimizin əksəriyyətini bədbəxt edən bilirsiniz nədir... Əvvəllər elçi gedəndə, oğlan üçün qız bəyənəndə nəslini maraqlanırdılar, indi amma imkanını sorğu-sual edirlər". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
211
2
milli.az

10Sources