Ermənistanın hakim “Vətəndaş müqaviləsi” nümayəndələrinin təşəbbüsü ilə müxalif “Vətən uğrunda Tavuş” hərəkatının üzvləri ilə danışıqlar aparılıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın liderlərindən biri, politoloq Suren Petrosyan açıqlayıb.
Onun sözlərinə görə, bu təşəbbüs tərəflər arasında maneələrin aradan qaldırılmasına yönəlib: “Məqsədimiz qarşıdurma deyil, barışıqdır. Biz barrikadaların əks tərəfində dayanmaq deyil, onları dağıtmağa çalışırıq”, - deyə Petrosyan qeyd edib.
Xatırladaq ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Aksiya bu gün də davam etdirilir.