EN

ABŞ-ın Bakıdakı səfiri Qubad İbadoğlu ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşərək onun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayıb. Bu barədə ABŞ səfirliyinin rəsmi facebook hesabında bildirilib. 
 
"Birləşmiş Ştatlar cənab İbadoğlunun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayır. Onun tezliklə tam azadlığa buraxılması üçün çağırışlar etməyə davam edəcək",-  məlumatda deyilir.
 
Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə aprelin 22-də vəsatəti təmin edib.
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Chosen
205
3
anews.az

10Sources