EN

Zelenski həmin qanuna veto qoydu

Ukrayna Prezidenti Volodimir Zelenski ruslarla əlaqələrini gizlədən ukraynalıların işdən çıxarılmasına icazə verən qanuna veto qoyub.

Bu barədə “Country Politics” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi prezidentin onu təkliflərlə Ali Radaya qaytardığını göstərir. Dövlət başçısının konkret hansı təkliflərlə çıxış etdiyi açıqlanmayıb.

Qeyd edək ki, aprelin sonunda Ukrayna Ali Radası ruslarla və “respublikanın müvəqqəti işğal olunmuş ərazilərinin” sakinləri ilə ailə və ya digər əlaqələrini gizlətdiklərinə görə vətəndaşların işdən qovulmasına başlaya biləcək qanun qəbul edib. Bu qanun layihəsi hələ 2022-ci ildə hakim Ukraynanın “Xalqın xidmətçisi” partiyasının deputatları tərəfindən irəli sürülüb. \\Konkret.Az

Chosen
71
8
hurriyyet.az

9Sources